Abxaziya-Ermənistan dəmir yolu yenidən canlana bilər

Abxaziya-Ermənistan dəmir yolu yenidən canlana bilər

Hazırda oxunan: Abxaziya-Ermənistan dəmir yolu yenidən canlana bilər

11883

Abxaziya Parlamentinin bir qrup deputatı Rusiya Dövlət Dumasına müraciət edərək bərabər şərtlərlə Rusiya ilə Ermənistan arasında Abxaziya üzərindən dəmir yolu əlaqəsinin açılması layihəsində iştirak etməyə hazır olduqlarını bəyan ediblər.

Bizim.Media Ermənistan mətbuatına istinadən məlumat verir ki, bu gün Abxaziya Təhlükəsizlik Şurasının katibi Sergey Şamba da öz çıxışında dəmir yolunun yenidən açılması məsələsinə toxunub. 

Onun sözlərinə görə, bu mövzunun ortaya atılması ilk dəfə baş vermir.

10 il əvvəl də dəmir yolu məsələsi müzakirə edilib və hətta Rusiya, Abxaziya, Gürcüstan nümayəndələrinin daxil olduğu üçtərəfli bir işçi qrupu yaradılıb.

Bölgədə böyük oyunçuların maraqlarının toqquşduğunu qeyd edən Şamba, bu güclərin Rusiyanın Cənubi Qafqazdan ayrılması üçün hər şey etdiklərinə də diqqət çəkib.

“İndi Şimali Qafqazdan Azərbaycan və Ermənistana dəmir yolu rabitəsinin açılması ilə bağlı sual yarananda Abxaziya Parlamentinin bu təklifinin ortaya çıxması məntiqlidir.

Əgər Qafqazda sülh təşəbbüslərini inkişaf etdirmək arzusundan danışırıqsa, təbii ki, bütün kommunikasiya yollarını açmalıyıq, ünsiyyət qurmalı və ticarət etməliyik ...

Düşünürəm ki, bölgəmizdə dinc yanaşı yaşamağa başlamağın vaxtı gəlib və bunun açarı bütün maraqlı tərəflərin iştirak edə biləcəkləri və iştirak etmələri lazım olan iqtisadi proseslərdir” deyə, Şamba əlavə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO