Ermənistandakı “Metsamor”AES-in keçmiş baş direktoru 1 milyon dollardan çox pul mənimsəyib.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, 2002-2014-cü illərdə Metsamor AES-in baş direktoru vəzifəsində çalışmış Qaqik Markosyan 380 milyon dramdan çox (1 milyon dollardan çox) pul mənimsəyib.
Onun təşəbbüsü ilə stansiya üçün alınmış natamam armatur dəsti indiyə qədər istifadə olunmayıb.
Markosyan 2011-ci ildə Rusiyanın “NovEnergoProm” şirkətindən şişirdilmiş qiymətə (33.54 milyon rubl) 14 ədəd keçirici dəsti alıb və əldə olunan materiallar tam komplekt olmadığı üçün istifadə olunmayıb, anbarda qalıb, zaman keçdikcə istifadəyə yararlılıq müddəti bitib.
Bundan əlavə, keçmiş rəhbərin bir sıra digər mənimsəmə əməliyyatlarında adı çəkilir.
Xatırladaq ki, Markosyana qarşı açılan ilk cinayət işi deyil. Markosyan və AES-in keçmiş rəhbərliyinin digər nümayəndələri 2016-cı ildə də irimiqyaslı mənimsəmədə ittiham olunurdular.
Bizim.Media
- A-
- A
- A+
Region
11:25 / 02.02.2023
“Metsamor” AES-in keçmiş baş direktoru 1 mln. dollarlıq mənimsəmədə ittiham olunur
Hazırda oxunan: “Metsamor” AES-in keçmiş baş direktoru 1 mln. dollarlıq mənimsəmədə ittiham olunur
Hazırda oxunan: “Metsamor” AES-in keçmiş baş direktoru 1 mln. dollarlıq mənimsəmədə ittiham olunur
118001
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.