Təbrizli futbolçunun bank hesabı bloklandı - Həmvətənlərinə pul topladığı üçün

Təbrizli futbolçunun bank hesabı bloklandı - Həmvətənlərinə pul topladığı üçün

Hazırda oxunan: Təbrizli futbolçunun bank hesabı bloklandı - Həmvətənlərinə pul topladığı üçün

117856

Əslən Təbriz şəhərindən olan, İran və Asiya futbolunun tanınmış siması Kərim Baqiri Xoy şəhərində baş vermiş güclü zəlzələdən zərər görən şəxslərə yardım məqsədi ilə elektron ianə hesabı açıb.

Bizim.Media "İranwire" saytına istinadən xəbər verir ki, sabiq futbolçu həmvətənlərinə səslənərək hazırda küçədə gecələmək məcburiyyətində qalan xoylulara yardım üçün pul yığdığını açıqlayıb.

Lakin veteran futbolçunun bu elanından iki saat sonra onun bank hesabı İran hökuməti tərəfindən heç bir xəbərdarlıq edilmədən bloklanıb.

Xatırladaq ki, iki gün öncə İranın şimal-qərbində baş verən 5,9 bal gücündə zəlzələ nəticəsində azı üç nəfər ölüb, 1000-dən artıq şəxs yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO