FHN İrəvan sakinlərinə səsləndi: “Evlərinizə qayıdın” - FOTO

FHN İrəvan sakinlərinə səsləndi: “Evlərinizə qayıdın” - FOTO

Hazırda oxunan: FHN İrəvan sakinlərinə səsləndi: “Evlərinizə qayıdın” - FOTO

11772

Ermənistan Fövqəladə Hallar Nazirliyi (FHN) İrəvan sakinlərini evlərinə qayıtmağa çağırıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı mk.ru saytı yayıb.

 

MÖVZU İLƏ BAĞLI:

İrəvan silkələndi, əhali küçələrə axışdı – Naxçıvanda da hiss olundu - VİDEO


Mənbə yazır ki, bundan əvvəl nazirlik şəhər sakinlərindən təkrar təkanlar olması təhlükəsi üzündən müvəqqəti olaraq küçədə qalmalarını istəyib.

Xatırladaq ki, Ermənistanın paytaxtında bu gün günortadan sonra güclü zəlzələ baş verib.

FHN güclü zəlzələ ehtimalının az olduğunu qeyd edib: “Seysmik aktivlik zəifləyib”.
Sonrakı yeraltı təkanların zəif olacağı ehtimal edilir.

Sakinlərdən zəlzələ yenidən olacağı təqdirdə panikaya düşməmələri xahiş olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO