Türkiyədə arxeoloji qazıntılar zamanı 1 ildə 10 mindən çox artefakt AŞKARLANIB  

Türkiyədə arxeoloji qazıntılar zamanı 1 ildə 10 mindən çox artefakt AŞKARLANIB  

Hazırda oxunan: Türkiyədə arxeoloji qazıntılar zamanı 1 ildə 10 mindən çox artefakt AŞKARLANIB  

117662

Bəşər tarixinin görkəmli qovşağı hesab olunan Anadoluda 2022-ci ildə 713 arxeoloji fəaliyyətlə 10.500-ə yaxın artefakt üzə çıxarılıb.

Bubarədə Bizim.Media-ya Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumata görə son iki əsrdə Anadoluda bəşəriyyətin mədəni irsini işıqlandırmaq üçün arxeoloji tədqiqatlar aparılıb və bu gün də ölkə daxilində araşdırmalar davam edir.

Muzey fəaliyyətlərində qabaqcıl olan Türkiyə arxeoloji tədqiqatlarda da nümunəvi ölkədir. Yeddi bölgədə qazıntılara, həmçinin konservasiya işləri və akademik nəşrlərə ev sahibliyi edən Türkiyə, bu sahədə önə çıxır.
Qazıntı, arxeoloji tədqiqat, geofiziki georadar və təmizlik işləri kimi bir sıra fəaliyyətləri dəstəkləyən Türkiyə arxeoloji tədqiqatlar baxımından dünyanın ən məhsuldar ölkələri arasında göstərilir.

Türkiyə boyu arxeoloji tədqiqatlar

2022-ci ildə Türkiyədə həyata keçirilən işlər çərçivəsində 160-ı Türkiyə elmi nümayəndə heyətləri, 32-si xarici elmi nümayəndə heyətləri və 57-si Muzey Müdirliklərinin rəhbərliyi altında olmaqla, ümumilikdə 249 arxeoloji qazıntı aparılıb.

Həmçinin Muzey Müdirliklərinin rəhbərliyi ilə 187 xilasetmə qazıntısı, 10 dövlət investisiya sahəsi xilasetmə qazıntısı və 89 sondaj tipli qazıntı işləri aparılıb.

Türkiyə həm də qədim zamanlardan qalma gəmi qəzaları və sənət əsərləri ilə dəniz arxeologiyasının mərkəz nöqtəsidir. Ölkədə 7 dəniz qazıntısı və 3 tədqiqat işi aparılıb.

İl ərzində Türkiyə daxilində aparılan qazıntılara əlavə olaraq, davam edən səth tədqiqatları, geofiziki georadar və təmizlik işləri ilə ölkədə arxeoloji fəaliyyətlərin ümumi sayı 713-ə çatıb. Detallı araşdırmalar nəticəsində muzeylərə 10.500-ə yaxın artefaktlar gətirilib.

Keçən il ən çox arxeoloji işlərə ev sahibliyi edən bölgə, 54 fəaliyyətlə, Egey və Aralıq dənizini birləşdirən Muğla oldu. Yüzlərlə qədim şəhər və xarabalığı ilə 8 min illik tarixə işıq tutan Muğlanın davamşısı isə 41 arxeoloji araşdırma ilə Egeyin incisi İzmir olub.
2022-ci ildə Arxeologiya səhnəsində də diqqət çəkən məqamlar baş verib. Laodikiya Qədim Şəhərinin Qərb Teatrında aparılan bərpa işləri başa çatıb. Dənizli sərhədləri içərisində olan Laodikya, e.ə. 1-ci əsrdə Anadolu coğrafiyasının ən əhəmiyyətli və məşhur şəhərlərindən biri idi. Laodikiya Antik Şəhərinin bərpa edilmiş Qərb Teatrı yenidən mədəni tədbirlərə ev sahibliyi etməyə başlayıb.

Dənizlidə Mədəniyyət və Turizm Nazirliyi, Pamukkale Universiteti və Dənizli Böyükşəhər Bələdiyyəsinin əməkdaşlığı ilə 1979-cu ildən bəri fasiləsiz olaraq hər il keçirilən Beynəlxalq Qazıntı, Araşdırma və Arxeometriya Simpoziumu baş tutub.
2023-cü il üçün sahə tədqiqatları ilə bağlı planlaşdırma və qiymətləndirmələr davam edərkən, 2023-cü ildə Türkiyənin tarixi zənginliyini gələcək nəsillərə ötürmək üçün təxminən 750 arxeoloji fəaliyyətin həyata keçirilməsi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO