Ərdoğan azərbaycanlı gənclərlə görüşdü

Ərdoğan azərbaycanlı gənclərlə görüşdü

Hazırda oxunan: Ərdoğan azərbaycanlı gənclərlə görüşdü

117660

Türkiyə Respublikasının Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Sədri Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, AK Partinin mərkəzi qərargahında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında nümunəvi dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin əhəmiyyətindən bəhs edib.

Ədalət və İnkişaf Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında çoxşaxəli əlaqələrin inkişafına toxunan Türkiyə dövlətinin başçısı hakim partiyaların gənclər qolları arasında əməkdaşlığın genişləndirilməsinin böyük önəm daşıdığını və hər iki tərəf üçün faydalı olduğunu söyləyib.
Səmimi qəbula görə təşəkkürünü bildirən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov yüksək səviyyədə təşkil olunan səfərin və keçirilən görüşlərin YAP Gənclər Birliyi ilə AK Parti Gənclik Qolları arasında əməkdaşlığın dərinləşdirilməsinə geniş imkanlar yaratdığını bildirib. 

B.İslamov hər iki partiyanın gənclərinin Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərini örnək götürdüyünü diqqətə çatdırıb.

O, qarşıdan gələn seçkilərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana rəhbərlik etdiyi nümayəndə heyəti adından uğurlar arzulayıb.

Xatırladaq ki, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamovun rəhbərlik etdiyi nümayəndə heyətinə Gənclər Birliyinin sədr müavinləri Fəsli Nəbiyev, Sevinc Qasımova və üzvləri Nərmin Qocaman, Kənan Kərimov daxildirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO