Paşinyan Qərbi necə aldadır? – Ermənistan-Rusiya əməkdaşlığında KƏSKİN İNKİŞAF

Paşinyan Qərbi necə aldadır? – Ermənistan-Rusiya əməkdaşlığında KƏSKİN İNKİŞAF

Hazırda oxunan: Paşinyan Qərbi necə aldadır? – Ermənistan-Rusiya əməkdaşlığında KƏSKİN İNKİŞAF

117659

“Ermənistan artıq bir neçə aydır dünyaya yeni hekayə yaymağa çalışır ki, guya, bu ölkə Qərbyönümlüdür, Rusiya ilə, guya, problemləri var, KTMT-dən, Rusiyadan, guya, inciyib və s. Belə bir hekayə satmağa çalışmaqla dünyada yaranmış anti-Rusiya koalisiyasından yararlanmaq istəyir, əslində isə Paşinyan hökuməti dövründə Ermənistanın Rusiyadan iqtisadi və hərbi asılılığı kəskin artıb”.

Bizim.Media xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli bu barədə sosial şəbəkə hesabında yazıb.

Ekspert qeyd edib ki, 2022-ci ildə Qərb sanksiyalarından yan keçmək üçün Rusiyanın istifadə etdiyi əsas ölkələrdən biri Ermənistan olub.

Natiq Cəfərli ötən il Rusiya-Ermənistan ticarət dövriyyəsinin artdığını göstərən rəqəmləri də qeyd edib:

- 2021-ci ildə Rusiya-Ermənistan ticarət dövriyyəsi 2,6 mlrd. dollar olub ki, Ermənistandan Rusiyaya cəmi 710 mln. dollarlıq mal-məhsul ixrac edilib;

- 2022-ci ildə, yəni, Rusiyaya qarşı sərt sanksiyaların tətbiqinə başlanan ildə isə Rusiya-Ermənistan ticarət dövriyyəsi 5 mlrd. dollara yaxın olub – yəni, bir ildə 2 dəfə yaxın artıb, Ermənistandan Rusiyaya ixrac 4 dəfəyə yaxın artaraq 2,5 mlrd. dollardan çox olub;

- 2022-ci ildə Rusiyadan Ermənistana pul köçürmələr 2021-ci ilə nisbətən 5 dəfəyə yaxın artaraq 4 mlrd. dollara yaxınlaşıb.

Ekspertin fikrincə, 2022-ci ilin iqtisadi, maliyyə göstəriciləri, idxal-ixrac rəqəmləri qeyri-sağlam, qeyri-təbii artım göstərməsi sanksiyalardan yan keçmə mexanizmlərinin işə düşdüyünün nümayişidir:

“2021-də Rusiyaya cəmi 700 mln. dollarlıq mal-məhsul ixrac edən Ermənistan, bir il sonra bu rəqəmi təbii yolla 4 dəfəyə yaxın artıra bilməz. Əslində baş verən budur ki, Rusiya bazarında birbaşa iştiraka qadağası olan şirkətlər öz mallarını Ermənistan vasitəsi ilə satırlar, ona görə də Ermənistandan Rusiyaya, məsələn, elektrotexnika mallarının ixracı bir ildə 10 dəfəyə yaxın artıb. Digər tərəfdən, bahalı və yeni avtomobillər üçün ehtiyat hissəslərinin Ermənistandan Rusiyaya ixracı 1200% artıb”.

Murad Əhmədov, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO