Vardanyan müharibədən, Arutyunyan Azərbaycanla dialoqdan danışır – Xankəndidə ZİDDİYYƏT

Vardanyan müharibədən, Arutyunyan Azərbaycanla dialoqdan danışır – Xankəndidə ZİDDİYYƏT

Hazırda oxunan: Vardanyan müharibədən, Arutyunyan Azərbaycanla dialoqdan danışır – Xankəndidə ZİDDİYYƏT

117637

Ermənistanın “Hraparak” nəşri Qarabağ separatçılarının “dövlət naziri” Ruben Vardanyan ilə kvazirespublikanın “prezidenti” Arayik Arutyunyan arasında yeni ziddiyyətlər barədə məlumat yayıb.

Bizim.Media xəbər verir ki, mənbə Vardanyanın Xocavənd rayonunun bir sıra kəndlərinin sakinləri ilə son görüşləri barədə məlumat verib.

Rusiyadan qaçaq düşən oliqarx “blokadanın mart-aprel aylarına qədər davam edəcəyini” bəyan edib:

“Qar əriməyə başlayanda su və işıq problemi olmayacaq”.

Eyni zamanda o, Azərbaycanla yeni müharibənin mümkünlüyünü də istisna etməyib. Arayik Arutyunyan isə bazar günü Qarabağda müvəqqəti yaşayan ermənilərlə  qapalı görüş keçirib. 
O bildirib ki, “Qarabağ indi Ermənistandan daha çox silaha malikdir, lakin müharibədən qaçmaq və Azərbaycanla dialoq yolu ilə hərəkət etmək lazımdır, əks halda müharibə Qarabağın sonu ilə nəticələnəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO