Ermənilərin 29 faizi Laçın yolundakı vəziyyətə görə Paşinyanı günahlandırır - SORĞU

Ermənilərin 29 faizi Laçın yolundakı vəziyyətə görə Paşinyanı günahlandırır - SORĞU

Hazırda oxunan: Ermənilərin 29 faizi Laçın yolundakı vəziyyətə görə Paşinyanı günahlandırır - SORĞU

117620

Ermənistan vətəndaşlarının 29 faizi Laçın yolunun “bağlanmasında” Ermənistan hakimiyyətini (Paşinyan nəzərdə tutulur) günahlandırır.

Bizim.Media xəbər verir ki, bunu “MPG/Gallup” Beynəlxalq Assosiasiyasının keçirdiyi sorğu sübut edir.

Mənbə qeyd edir ki, respondentlərin 42,5%-i  rəsmi Bakını, üçdə biri (30,2%) isə buna görə Kremli günahkar sayır. 17,2% Türkiyənin səlahiyyətli orqanlarının, 12% Rusiya sülhməramlılarının, 8,3% Qarabağ separatçılarının “payına” düşüb. 
Respondentlərin 9,8%-i bütün dövlətləri günahkar bilib, 4,5% cavab verməkdə çətinlik çəkib, 2,4% isə digər cavablar verib.

Xatırladaq ki, Laçın yolu ermənilərin iddia etdiyi kimi bağlı deyil. Hər gün buradan BQXK-nın və rus sülhməramlılarının 100-ə yaxın avtomobili keçir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO