İranda zəlzələdən sonra çarəsiz qalan soydaşlarımız ETİRAZA QALXDILAR - VİDEO

İranda zəlzələdən sonra çarəsiz qalan soydaşlarımız ETİRAZA QALXDILAR - VİDEO

Hazırda oxunan: İranda zəlzələdən sonra çarəsiz qalan soydaşlarımız ETİRAZA QALXDILAR - VİDEO

117618

Xoy vilayətində baş verən zəlzələdən sonra çarəsiz qalan sakinlər yerli qurumların binalarına hücum edir.

Bu barədə Bizim.Media-ya İranın Xoy şəhərində yaşayan soydaşımız məlumat verib:

“Xoyda tez-tez zəif zəlzələlər olur. Ancaq bu dəfə güclü olub. Əhalinin vəziyyətini daha da çətinləşdirən havanın soyuqluğu və qar yağmasıdır. İnsanlar yardım almaq üçün Qızıl Aypara mərkəzlərinə və bələdiyyələrə hücum edir. Polis izdihamı dağıtmaq üçün insanların üstünə su şırnaqları ilə hücum edir”.
 

MÖVZU İLƏ BAĞLI:

Xoy şəhərində azərbaycanlılar çadırlarda gecələyir – FOTO


O bildirib ki, insanlar avtobusların azlığı səbəbindən şəhərdən çıxmaqda çətinlik çəkir:

“Yaxın şəhərlərdə qohumları, tanıdıqları olanlar həmin yerlərə üz tutur. Kimin nəyə gücü çatırsa, evində otaq verməklə və s. yardım edir. Yerli qurumlar əhalinin problemini həll etmək istəmir. Çətinliklərin aradan qaldırılması ilə bağlı azərbaycanlılara qarşı ayrıseçkilik həyata keçirilir”.

Soydaşımız onu da bildirib ki, zəlzələdən dərhal sonra Türk Qızılay cəmiyyəti İran Qızıl Aypara cəmiyyətinə yardım təklif etdiyini açıqlamışdı:

“Amma İran Qızıl Aypara cəmiyyəti problemin öhdəsindən özlərinin gələ biləcəyini bildirib və imtina edib”.
Qeyd edək ki, bir neçə gün əvvəl İranın şimal-qərbində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində Xoy şəhərində çoxlu binalar dağılıb. Kəndlərdə də xeyli insan evsiz qalıb.

Mövzu ilə bağlı videonu təqdim edirik.
 

 





Aygün İbrahimli, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO