Ermənistanda silah alverçisi TUTULDU

Ermənistanda silah alverçisi TUTULDU

Hazırda oxunan: Ermənistanda silah alverçisi TUTULDU

117606

Ermənistanın hüquq-mühafizə orqanları iş adamı, silah alverçisi David Qalstyanı saxlayıb.

Bizim.Media xəbər verir ki, məlumatı Ermənistan mətbuatına onun vəkili Armen Andrikyan da təsdiqləyib.

Bir gün əvvəl iş adamının Milli Təhlükəsizlik Xidmətinə çağırıldığı bildirilirdi. Eyni zamanda vəkil iş adamının hansı iş üzrə növbəti dəfə müstəntiqlərin diqqət mərkəzinə düşdüyünü açıqlamayıb.

Vəkil onu da bildirib ki, Qalstyanın həbsi ilə bağlı məhkəməyə vəsatət verilib.

Xatırladaq ki, Qalstyan son 2-3 il ərzində dəfələrlə həbs edilib, bir müddət sonra azadlığa buraxılıb. Hazırda o və keçmiş müdafiə naziri David Tonoyan silah-sursat təchizatında sui-istifadədə ittiham olunurlar.
Onların hər ikisi 2021-ci ilin sentyabrında həbs edilib, lakin Qalstyan 2022-ci ilin martında zaminə buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO