İtaliyanın yeni Nazirlər Kabineti and içdi – 5 nazir öz postlarında qaldı

İtaliyanın yeni Nazirlər Kabineti and içdi – 5 nazir öz postlarında qaldı

Hazırda oxunan: İtaliyanın yeni Nazirlər Kabineti and içdi – 5 nazir öz postlarında qaldı

11741

Mario Draqinin başçılıq etdiyi İtaliyanın yeni hökumətinin üzvləri and içib.

Bizim.Media ”İtaliyanın Kvirinal prezident sarayının rəsmi saytına istinadən xəbər verir ki, təntənəli mərasimdə İtaliya prezidenti Serco Mattarella da iştirak edib".

 

MÖVZU İLƏ BAĞLI:

İtaliyada yeni hökumətin tərkibi açıqlandı


Mənbə yazır ki, yeni Nazirlər Kabinetinin 23 üzvü var. Hökumətdə bütün siyasi partiyalar təmsil olunur. Keçmiş baş nazir Cüzeppe Kontenin hökumətindək bəzi nazirlər, o cümlədən xarici işlər naziri Luici Di Mayo, daxili işlər naziri Luçanu Lamorceze, müdafiə naziri Lorenso Querini, səhiyyə naziri Roberto Speransu, mədəniyyət naziri Dario Françeskini öz postlarını qoruyub.

Xatırladaq ki, Avropa Mərkəzi Bankının keçmiş başçısı Mario Draqi fevralın 12-də yeni hökumətə başçılıq etmək üçün prezidenti Serco Mattarellanın təklifinə razılıq verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO