İranda zəlzələdə yaralananların sayı 970 nəfərə çatdı - YENİLƏNİB - VİDEO

İranda zəlzələdə yaralananların sayı 970 nəfərə çatdı - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: İranda zəlzələdə yaralananların sayı 970 nəfərə çatdı - YENİLƏNİB - VİDEO

117236

İranda baş verən zəlzələdə yaralananların sayı 970 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Tasnimnews" agentliyi məlumat yayıb.

Bu saat üçün təbiət hadisəsi nəticəsində 3 nəfər həyatını itirib,  973 sakin yaralanıb.

Xatırladaq ki, dünən İranda saat 22:15 radələrində qeydə alınan zəlzələ Naxçıvan və Gəncədə də hiss olunub. 

10:05

Ötən gecə İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələ nəticəsində indiyədək yaralananların sayı 644 nəfərə yüksəlib.

Bizim.Media xəbər verir ki, bunu İranın Fövqəladə Halların İdarə Olunması Təşkilatının sədri Məhəmməd Həsən Nami deyib.

M.Naminin sözlərinə görə, hazırda yaralılar xəstəxanalarda müalicə olunurlar və əksəriyyəti müalicədən sonra buraxılıb.

Nami əlavə edib ki, Xoy rayonunun eyniadlı şəhərinin bəzi hissələrinə və təxminən 70 kəndinə xəsarət dəyib. Kəndlərdəki evlərdə 60%-dək dağıntılar qeydə alınıb.

Təşkilat rəsmisi bildirib ki, Xoy rayonunda zəlzələdə ölənlərin sayı ilkin saatlarda 3 nəfər elan olunmuşdu. Lakin bu sayda ölüm halı təsdiqlənməyib. Sadəcə 2 nəfərin ölməsi təsdiqlənib.

Qeyd edək ki, ötən gecə İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonu ətrafında 7 km dərinlikdə 5,9 bal gücündə zəlzələ baş verib. Xoy rayonunda indiyədək 35 yeraltı təkan qeydə alınıb.

08:45

İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələ nəticəsində 2 nəfər ölüb, 580 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə İranın Mehr agentliyi məlumat yayıb.

Xatırladaq ki, ötən gün İranda 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Xoy şəhərindən 8 kilometr cənub-qərbdə, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO