Tehrandakı səfirliyimiz həm də Azərbaycan torpağıdır - BƏYANAT

Tehrandakı səfirliyimiz həm də Azərbaycan torpağıdır - BƏYANAT

Hazırda oxunan: Tehrandakı səfirliyimiz həm də Azərbaycan torpağıdır - BƏYANAT

117024

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF) Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu pisləyən bəyanat verib.

Bizim.Media xəbər verir ki, bəyanatı qurumun Baş katibi Mehmet Qiyas Azərtürk paylaşıb.

Həmin bəyanatı təqdim edirik:

“Məlum olduğu kimi, 2023-cü il yanvarın 27-də qardaş Azərbaycan Respublikasının Tehran səfirliyinə silahlı basqın edilib və təəssüf ki, səfirliyin mühafizəçisi şəhid olub, daha bir zabit isə yaralanıb.
Son 3 ildə Azərbaycanın işğal altında olan torpaqlarını geri alması, Türkiyə ilə münasibətlərin istiləşməsi ilə bağlı yaranmış siyasi ab-havanın bəzi dövlətləri narahat etdiyi də ictimaiyyətə məlumdur.

Həm Türkiyə, həm də Azərbaycan hökumətləri region ölkələrinin, xüsusən də İranın bu isti iqlimdə iştirakının regional sülhə töhfə verəcəyini bəyan etsə də, İranın mənfi münasibəti də göz qabağındadır. İran administrasiyası artıq dərk etməlidir ki, Azərbaycana düşmənçilik etməklə antidemokratik əməllərə qarşı daxili reaksiyaları aradan qaldırmaq mümkün deyil.

Beynəlxalq hüquqa görə, səfirliklər mənsub olduqları ölkələrin torpağıdır. Bu kontekstdə Azərbaycanın Tehran səfirliyi həm də Azərbaycanlıların vətənidir.

Bu torpağa hörmət etmək və lazımi təhlükəsizlik tədbirlərini görmək İran rəhbərliyinin beynəlxalq hüquqdan irəli gələn bir vəzifəsidir.
Biz iyrənc hadisəni pisləyirik və İran Administrasiyasını məsuliyyət daşıyanları tez bir zamanda aşkara çıxarmağa dəvət edirik.

Şəhidimizə Allahdan rəhmət eləsin. Yaralı qardaşımıza şəfa, Azərbaycan xalqına başsağlığı və səbr diləyirik”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO