İran prezidentinin xanımının QALMAQALLI QONAĞI – VİDEO

İran prezidentinin xanımının QALMAQALLI QONAĞI – VİDEO

Hazırda oxunan: İran prezidentinin xanımının QALMAQALLI QONAĞI – VİDEO

116560

İran prezidentinin xanımının qalmaqallı qonağı Tehranda restoranlardan birində hicabsız görünür, canlı musiqi də ifa olunur.

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər “Azad İran” Telegram kanalında yer alıb.

Mənbə yazır ki, Tehranda Nüfuzlu Qadınların Birinci Beynəlxalq Konqresi bir neçə gün öncə qadınlarla iş üzrə İranın vitse-prezidentinin rəsmi qarşılanması ilə baş tutub. Konqresə qatılan qonaqlar arasında livanlı Maya Səbbağ video yayımlayaraq müzakirələrə səbəb olub.

Bu videoda o, Tehranda canlı musiqinin səsləndiyi restoranda hicabsız görünür. 

Qeyd edək ki, livanlı Maya Səbbağ bu ölkənin virtual məkanının məşhurlarından biridir. Onun cəmi 25 yaşı var.

Görünür, məcburi hicabla bağlı sərt qadağalar və məhdudiyyətlər yalnız İranın sadə və əli yalın qız və qadınlarına aiddir və bədnam “Əxlaq” polisi, xalqın qanına susamış SEPAH və Bəsic qüvvələrinin gücü təkcə onları əzməyə və öldürməyə çatır.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO