“Rusiya həm Ermənistan, həm də Azərbaycanla gərgin və mürəkkəb iş aparır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib.
“Rusiya iki il əvvəl imzalanmış üçtərəfli saziş və sənədlərdəki öhdəliklərini yerinə yetirir və həm Ermənistan, həm də Azərbaycanla çox əziyyətli və mürəkkəb işi davam etdirir”, - deyə o, “Kreml ABŞ-ın dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə Laçın yolunu kommersiya nəqliyyatı üçün açmaq çağırışı ilə həmrəydirmi?” sualını cavablandırarkən deyib.
Qeyd edək ki, telefon danışığı zamanı dövlət katibi Laçın yolundakı vəziyyətdən narahat olduğunu bildirib. Blinken ABŞ-ın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına sadiqliyini, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini bildirib.
Eyni zamanda, Laçın-Xankəndi yolunda blokadanın olmadığını qeyd edən Azərbaycan Prezidenti 2022-ci il dekabrın 12-dən bu yolla 980-ə yaxın texnikanın keçdiyini, onlardan 850-dən çoxunun Rusiya sülhməramlılarına, 120-dən çoxunun isə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus olduğunu vurğulayıb.
Bundan əlavə, prezident Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə Qarabağda yaşayan 90-a yaxın xəstənin və tibbi yardıma ehtiyacı olan insanların Ermənistana aparıldığını bildirib.
İlham Əliyev vurğulayıb ki, bütün bunlar Laçın-Xankəndi yolunun Azərbaycan tərəfindən bağlanmamasından xəbər verir.
Azərbaycan dövlətinin başçısı qeyd edib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına son qoyulmalı, bu ərazidə Azərbaycan tərəfindən daimi monitorinq və yoxlamalara imkan yaradılmalıdır.
Azərbaycan Prezidenti bildirib ki, Laçın yolu Ermənistanın 2021-ci ildə hasil etdiyi minaların qanunsuz ötürülməsi üçün istifadə olunur.
Bizim.Media
- A-
- A
- A+
Region
14:18 / 24.01.2023
Peskovdan Laçın yolu ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Peskovdan Laçın yolu ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Peskovdan Laçın yolu ilə bağlı AÇIQLAMA
116402
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.