Türkiyə ordusu Suriyada 6 kürd terrorçusunu məhv etdi

Türkiyə ordusu Suriyada 6 kürd terrorçusunu məhv etdi

Hazırda oxunan: Türkiyə ordusu Suriyada 6 kürd terrorçusunu məhv etdi

116062

Türkiyə ordusu "PKK-YPG" terror təşkilatının Suriya qanadının 6 silahlısını zərərsizləşdirib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, PKK/YPG terrorçuları Suriyanın şimalında “Fərat qalxanı” və “Sülh çeşməsi” antiterror əməliyyatları zonalarında zərərsizləşdirilib.

"Türkiyə ordusu bölgədə yeganə hədəfi qan tökmək olan "PKK/YPG" kürd terrorçularına qarşı qətiyyətli mübarizəsini davam etdirir. İki əməliyyat zonasına hücum təşkil edən 6 silahlı zərərsizləşdirilib. Terror təhlükəsinin aradan qaldırılması istiqamətində atılan addımlar dayanmayacaq", - deyə qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO