Fransa Rusiyanın RT telekanalının Fransa bürosunun (RT France) hesablarını dondurub.
Bizim.Media xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.
Telekanalın baş redaktoru Kseniya Fedorovanın sözlərinə görə, hesabdakı bütün vəsaitlər Baş Xəzinədarlıq İdarəsinin tələbi ilə dondurulub:
“Əvvəlki kimi eyni şərtlər altında işləmək artıq mümkün deyil”.
Rusiyanın Ukraynaya müdaxiləsi fonunda Rusiyanın dezinformasiyası ilə mübarizə məqsədilə 2022-ci ilin martında RT və “Sputnik”in yayımı Aİ-də qadağan edilib. Ancaq Parisin qərb bölgəsində yerləşən “RT France” bürosu Afrikanın fransızdilli ölkələri üçün yayımını davam etdirib.
Xatırladaq ki, RT telekanalının və Sputnik agentliyinin baş redaktoru milliyətcə erməni olan Marqarita Simonyandır.
Qeyd edək ki, “RT France” 2017-ci il dekabrın 18-də yayıma başlayıb.
Bizim.Media