İranın keçmiş prezidentinin qızı molla rejimini yıxıb-sürüdü

İranın keçmiş prezidentinin qızı molla rejimini yıxıb-sürüdü

Hazırda oxunan: İranın keçmiş prezidentinin qızı molla rejimini yıxıb-sürüdü

115543

"Haşimi Rəfsəncani bu gün sağ olsaydı, kəkələmədən faktları İranın ali rəhbərinə söyləyərdi"

Bizim.Media “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, bu barədə İranın keçmiş prezidenti Haşimi Rəfsəncaninin qızı Fatimə Haşimi danışıb.

"Atamın ölümündən 2 ay əvvəl ona qarşı sui-qəsd ehtimalı ilə bağlı xəbərdarlıqlar almışam. Şübhəli məqamlar olmasına baxmayaraq, atamın ölüm işini bağlayıblar. 
Xalqa məhəl qoymayan hakimiyyət öz ziyanına işləyir. Müəyyən siyasi qrupun ələ keçirdiyi hökumət ölkənin problemlərini həll etməyib", deyə o, qeyd edib.

Xatırladaq ki, 2017-ci ildə vəfat edən Əli Əkbər Haşimi Rəfsəncani İranın dördüncü prezidenti olub. O, 1989-1997-ci illərdə bu vəzifədə çalışıb, 1980-1989-cu illərdə isə parlamentin sədri olub. 2005-ci ildə prezident seçkilərində Mahmud Əhmədinejad səs çoxluğu ilə onu qabaqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO