Paşinyanın arvadının qızıllarını oğurlayan şəxs HƏBS EDİLDİ

Paşinyanın arvadının qızıllarını oğurlayan şəxs HƏBS EDİLDİ

Hazırda oxunan: Paşinyanın arvadının qızıllarını oğurlayan şəxs HƏBS EDİLDİ

115353

Xəbər verdiyimiz kimi, 2020-ci il noyabrın 10-na keçən gecə İrəvanda Qarabağda hərbi əməliyyatların dayandırılmasına görə iğtişaşlar baş vermişdi. Ermənistan Milli Təhlükəsizlik Xidməti o hadisələrin iki iştirakçısını həbs edib.

Bizim.Media “Sputnik Ermənistan” nəşrinə istinadən xəbər verir ki, cinayət işi çərçivəsində Ermənistan vətəndaşları A.B. və T.P.-yə qarşı ittiham irəli sürülüb. Hər iki şəxs kütləvi iğtişaşlarda iştirakda və baş nazir Nikol Paşinyanın iqamətgahına qanunsuz daxil olmaqda ittiham olunur.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının verdiyi məlumata görə, A.B.  parlamentin o vaxtkı spikeri Ararat Mirzoyanın döyülməsində də iştirak edib. Buna görə də sonuncu huşsuz vəziyyətdə xəstəxanaya aparılıb. 
T.P. iğtişaşlarda iştirak etməklə yanaşı, hökumət başçısının iqamətgahından 3,9 milyon dram (təxminən 9,8 min dollar) dəyərində qızıl-zinət əşyaları oğurlamaqda ittiham olunur. Oğurlanan zinət əşyaları baş nazirin həyat yoldaşı Anna Akopyana məxsus olub. Bunlar qızıl saat, zəncir, medalyon və bilərzikdir. Hücumçu daha sonra zinət əşyalarını “Fast Credit” kredit təşkilatının iki filialında girov qoyub.

Daxil olan məlumatlar əsasında hər iki şəxsə qarşı ittiham irəli sürülüb, məhkəmə iki ay müddətinə onları həbs edib.

Qeyd edək ki, 2020-ci il noyabrın 10-na keçən gecə etiraz aksiyası hökumətin yaxınlığında keçirilib, etirazçılar binaya soxulub, Paşinyanın ofisini dağıdıb və dövlət rəmzlərini götürüblər.

Daha sonra parlamentə daxil olublar və orada spiker Ararat Mirzoyanı döyüblər. Nəticədə spiker yaralanıb və əməliyyat olunub. Kütlə parlament binasına və hökumətin baş evlərinə də daxil olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO