ATƏT “siyasi meyitlər” diplomatiyası ilə məşğuldur.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Solovyov LİVE” proqramının efirində səsləndirib.
Onun sözlərinə görə, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeyronun gəlişi ilə “dramatik dəyişikliklər” baş verib, çünki ATƏT Rusiya tərəfinin ona göndərdiyi materiallara cavab verməyi dayandırıb.
“Onlar buna sakit diplomatiya deyirdilər, amma əslində bu, “siyasi meyitlər” diplomatiyasıdır. Bu və ya digər mandatla məşğul olan komissarlar (ATƏT) ölüblər, onları dinləmirlər və görmürlər”, - Zaxarova qeyd edib.
O vurğulayıb ki, beynəlxalq təşkilat obyektiv olmalıdır, bir dövlətin “vəkili” olmamalıdır.
Bizim.Media
- A-
- A
- A+
Region
13:02 / 17.01.2023
Zaxarova: “ATƏT-in komissarları ölüb”
Hazırda oxunan: Zaxarova: “ATƏT-in komissarları ölüb”
Hazırda oxunan: Zaxarova: “ATƏT-in komissarları ölüb”
115187
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.