Ermənistanda konstitusiya referendumu mütləq yaz aylarında keçiriləcək və MSK artıq onun təşkili ilə bağlı hazırlıq işləri aparır.
Bizim.Media “The Past” qəzetinə istinadən xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın baş naziri Nikol Paşinyan yayıb.
Onun sözlərinə görə, Qarabağ ətrafında vəziyyət mürəkkəbləşsə də, Ermənistan hakimiyyəti ardıcıl olaraq konstitusiya dəyişiklikləri üzərində işləyir:
“Gələn həftə konstitusiya dəyişiklikləri komissiyası layihənin yekun variantını müzakirə ediləcək. Hakimiyyətə xidmət edən bir sıra hüquqşünasların da iştirak etdiyi “tam” versiya ilə bağlı artıq peşəkar müzakirələr aparılıb. Bir sıra aparıcı hüquqşünaslar dəvət alsalar da, müzakirəyə gəlməyiblər, bəziləri isə öncədən imtina ediblər”.
Bizim.Media
- A-
- A
- A+
Region
12:26 / 17.01.2023
Ermənistanda referendum keçiriləcək – Paşinyan açıqladı
Hazırda oxunan: Ermənistanda referendum keçiriləcək – Paşinyan açıqladı
Hazırda oxunan: Ermənistanda referendum keçiriləcək – Paşinyan açıqladı
115178
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.