Erməni qəzetləri: “Ayvazyan çalışqan tələbədir...”

Erməni qəzetləri: “Ayvazyan çalışqan tələbədir...”

Hazırda oxunan: Erməni qəzetləri: “Ayvazyan çalışqan tələbədir...”

11512

Bizim.Media Ermənistanın “Hraparak” qəzetinə istinadən məlumat verir ki, dünən Ermənistan parlamenti qəribə dialoqa şahid olub. Belə ki, millət vəkilləri qarşısında çıxış edən Ermənistan xarici işlər naziri Ara Ayvazyan Türkiyə ilə sərhədlərin bağlı qalması üçün hər hansı səbəb olmadığını qeyd edib.

 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan XİN rəhbəri Türkiyəyə qarşı çıxışına görə istefaya göndərilir


Qəzetin məlumatına görə, nazir bu fikirləri Gor Gevorgyanın qonşu dövlətlərlə münasibətlər barəsində ünvanladığı sualına cavabında qeyd edib. Ermənistanla sərhədlərinin bağlanmasını Qarabada güc tətbiqinin nəticəsi olduğuna diqqət çəkən Ayvazyan, artıq məsələnin həll olunduğunu və Türkiyə sərhədlərin bağlı qalması üçün hər hansı səbəb olmadığını bildirib.

 

Qəzet isə ciddi müzakirələrə səbəb olan nazirin sözlərini özünəmxəsus şəkildə şərh edib və xarici işlər naziri Qarabağ məsələsinin sərhədlərin bağlanması üçün “haqlı” səbəb hesab etdiyinə diqqət çəkib. Artıq qonşularımızla “dostca münasibət” saxlamağımıza heç nə mane olmur, deyə qəzet əlavə edib. 


Ara Ayvazyanın bir müddət əvvəl Moskvada Türkiyə əleyhinə səsləndirdiyi sərt fikirləri xatırladan qəzet, bu fikirlərin baş nazir Paşinyanın qəzəbinə səbəb olduğunu da əlavə edib. Ara Ayvazyanı çalışqan bir tələbəyə bənzədən qəzet, xarici işlər nazirinin öz səhvləri üzərində işlədiyini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO