Vardanyanı Xankəndidən qovurlar

Vardanyanı Xankəndidən qovurlar

Hazırda oxunan: Vardanyanı Xankəndidən qovurlar

114834

Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan Qarabağ separatçılarının “hökumət”inin “dövlət naziri” “vəzifəsindən” azad ediləcək.

Bu barədə Bizim.Media erməni teleqram kanallarına istinadən xəbər verir.

Qeyd olunur ki, Qarabağ separatçılarının lideri Arayik Arutyunyan birbaşa Vardanyana deyib ki, o, “vəzifəsini tərk etməlidir”.

Müvafiq “sərəncam”ın bu gün dərc olunacağı deyilir.

Erməni mənbələrinin məlumatına görə, bu qərar Ruben Vardanyanın Qarabağda vəziyyəti daha da destabilləşdirən son qalmaqallı bəyanatlarına görə verilib.
Bildirilir ki, qərar qəbul etməzdən əvvəl Arutyunyan separatçı qurumun Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirib və məsləhətləşmələrdən sonra belə bir qərar qəbul edib.

Eyni zamanda, Vardanyan “istefa” vermək fikrində olmadığını deyib: “Xüsusilə indiki vəziyyətdə istefa vermək fikrində deyiləm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO