“İndi elə bir gözəl geo-siyasi vəziyyət yaranıb ki, Azərbaycan bundan istifadə edib informasiya müharibəsində tam qələbə qazana, Ermənistanı darmadağın edə bilər”.
Bunu Bizim.Media-ya açıqlamsında REAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib.
O əlavə edib ki, Qərbin iki düşməni - Rusiya və İran Ermənistanın yanındadır:
“Rusiyadan tam asılı olan Ermənistan hətta Moskvaya qarşı Qərb sanksiyalara görə etiraz fikirlər səsləndirir. Eyni zamanda, İranla hərbi-iqtisadi münasibət quran Ermənistan, Qərbdən müəyyən siyasi-iqtisadi dəstək görür.
Hələ Rusiyanın Ukraynaya vəhşi təcavüzünü demirəm.
Azərbaycan 44 günlük Vətən Savaşında informasiya cəbhəsində də uğur əldə etməsinin səbəbi o idi ki, haqlı idik, hüquq bizim tərəfdə idi, ona görə də həm dünya mediasını, həm nüfuzlu beynəlxalq təşkilatları ölkəyə dəvət etdik. Onlar da obyektiv informasiya yayaraq haqlı mövqeyimizi dünyaya çatdırdılar. İndiki məqamda sınanılmış və uğurlu metoddan yenə də istifadə etməliyik”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Region
13:30 / 14.01.2023
Ermənistanı darmadağın etmək üçün daha bir ŞANS - DETALLAR
Hazırda oxunan: Ermənistanı darmadağın etmək üçün daha bir ŞANS - DETALLAR
Hazırda oxunan: Ermənistanı darmadağın etmək üçün daha bir ŞANS - DETALLAR
114725
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.