Paşinyanın “erməni iqtisadi möcüzəsi” YALANI – Əslində vəziyyət necədir?

Paşinyanın “erməni iqtisadi möcüzəsi” YALANI – Əslində vəziyyət necədir?

Hazırda oxunan: Paşinyanın “erməni iqtisadi möcüzəsi” YALANI – Əslində vəziyyət necədir?

114419

“Ermənistanın bəzi teleqram kanalları Prezident İlham Əliyevin Azərbaycanın ÜDM-in artması ilə bağlı bəyanatlarından narahat olub. Onlar iddia edirlər ki, hər şeyin səbəbi Rusiya qazının təkrar ixracıdır. Maraqlıdır ki, İlham Əliyev müsahibəsində Azərbaycanı Rusiya qazından reeksport üçün istifadəsi iddiasına aydınlıq gətirdi”.

Bizim.Media xəbər verir ki, bu fikirləri politoloq İlqar Vəlizadə sosial şəbəkə hesabında yazıb.

“Ötən il Azərbaycan cəmi 200-300 milyon kubmetr qaz alıb, 24 milyard kubmetrdən çox ixrac edib. Bu, ümumi ixrac həcminin heç 1%-ni də təşkil etmir”, - deyə o, əlavə edib.
Politoloq Paşinyanın “erməni iqtisadi möcüzəsi” ilə bağlı səsləndirdiyi fikirlərə də aydınlıq gətirib:

“Paşinyanın sözlərinə görə, 2022-ci ildə Ermənistan qlobal İqtisadi Azadlıq İndeksində 11-ci yeri tutaraq investisiya və iqtisadi azadlıq sahəsində aparıcı ölkə kimi beynəlxalq səviyyədə tanınıb.
Eyni zamanda, formalaşmaqda olan faktiki proseslərin qiymətləndirilməsi belə qənaətə gəlməyə imkan verir ki, Ermənistanda iqtisadi artım əsasən xarici amillərin təsiri altında baş tutmağa başlayıb.

Xüsusilə, ikirəqəmli iqtisadi artımın səbəbləri arasında analitiklər Ermənistanın tədiyə balansını dəstəkləyən Rusiyadan pul köçürmələrinin kəskin artımını, eyni zamanda Rusiyadan əhalinin kütləvi axını səbəbindən daxili tələbatın artmasını göstərirlər. 

Ermənistanın baş nazirinin özü ölkəsindəki iqtisadi artımı misal çəkərək bildirib ki, Ermənistanda tikinti bumu, yaşanır. “On minlərlə ailə yeni tikililərdə, o cümlədən dövlət dəstəyi ilə tikilən binalarda mənzillər alır”. 
Lakin burada da reallıq bir qədər fərqlidir. Belə ki, Ermənistan Miqrasiya Xidmətinin məlumatına görə, təkcə 2022-ci ilin birinci yarısında ölkəyə 372 086 Rusiya vətəndaşı gəlib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. Nəticədə təkcə kirayə evlərə deyil, yeni tikililərə də tələbat artıb”.

Ekspert Ermənistana pul köçürmələri ilə bağlı məsələyə də aydınlıq gətirib:

“İlk on ayda onlar 2,8 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən dörd dəfə çoxdur. Ermənistan Mərkəzi Bankı qeyd edir ki, oktyabr ayında onların həcmi ən azı 2004-cü ildən bəri maksimuma çatıb.

Nəzərə alsaq ki, 2022-ci ildə Ermənistan büdcəsinin gəlirləri rekord məbləğdə - 1,925 trilyon dram (təxminən 4,9 milyard dollar) təşkil edib, o zaman Rusiyadan gələn pul köçürmələrinin Ermənistanın büdcə gəlirlərinin artmasında hansı rol oynadığını təsəvvür etmək çətin deyil”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO