“Paşinyan yalan danışır, müharibədə itkin düşənlər axtarılmır” – Erməni deputat

“Paşinyan yalan danışır, müharibədə itkin düşənlər axtarılmır” – Erməni deputat

Hazırda oxunan: “Paşinyan yalan danışır, müharibədə itkin düşənlər axtarılmır” – Erməni deputat

114180

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan dünən mətbuat konfransı keçirib. O, 2020-ci ildə 44 günlük müharibə nəticəsində və 2022-ci il sentyabrın 13-də itkin düşən şəxslərlə bağlı açıqlama verib. Paşinyan belə şəxslərin yerinin müəyyən edilməsi üzrə əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyini deyib.

Bizim.Media “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, mövzuya  parlamentin İnsan Hüquqlarının Müdafiəsi və İctimaiyyətlə Əlaqələr daimi komissiyasının sədri, bitərəf Taquhi Tovmasyan münasibət bildirib.

O, baş nazirin bu məsələ ilə bağlı məlumatının olmadığını deyib:

“Yalandan imitasiya edir ki, guya bu işlə məşğul olur. Faktiki olaraq 44 günlük müharibədə itkin düşən 200-ə yaxın şəxsin axtarışları 2022-ci ilin yanvar ayından dayandırılıb. Mən Beynəlxalq Qızıl Xaç Komitəsindən olan həmkarlarımla dəfələrlə bu məsələni müzakirə etmişəm, həmçinin insan hüquqları məsələləri ilə məşğul olan müxtəlif beynəlxalq strukturlara və mərkəzlərə müraciətlər göndərmişəm. Bu günə qədər heç bir müsbət irəliləyiş yoxdur. Yaxşı olardı ki, mətbuat konfransına hazırlaşmazdan əvvəl ölkənin birinci şəxsi müvafiq məlumatlar əldə edərdi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO