Ermənilərdən daha bir VARİANT -  “Xocalı” aeroportu iddiasının arxasında nələr dayanır?

Ermənilərdən daha bir VARİANT -  “Xocalı” aeroportu iddiasının arxasında nələr dayanır?

Hazırda oxunan: Ermənilərdən daha bir VARİANT -  “Xocalı” aeroportu iddiasının arxasında nələr dayanır?

114038

Ermənilər növbəti təxribata başlayıblar. Onlar bu dəfə Beynəlxalq güclərin təzyiqi ilə Xocalı hava limanının açılışına cəhd edirlər.

Bizim.Media erməni KİV-lərinə istinadən bildirir ki, “Hayastan” ümumerməni fondunun Himayəçilər Şurası Laçın dəhlizinin blokadası ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, 2022-ci il dekabrın 12-dən başlayaraq Azərbaycan tərəfindən Dağlıq Qarabağ xalqının “tam blokadaya alınması”, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamə ilə yaradılmış Laçın dəhlizi “rejiminin kobud şəkildə pozulması” və Ermənistanı Dağlıq Qarabağla birləşdirən həyat yolunun “bağlanması” Ermənistana və orada yaşayanlar üçün ciddi ekzistensial “təhlükə yaradıb”.

Bəyanatın hər sətirindən həyasızlıq və yalan yağır. Yalanların ən böyüyü isə Qarabağda 120 min erməninin yaşaması iddiasıdır. Üstəlik, fond Azərbaycanı Qarabağdakı ermənilərin Avropaya “inteqrasiyası”na əngəl olmaqda suçlayır.
Sonda isə Fondun Himayəçilər Şurası Beynəlxalq aləmdən humanitar dəhliz kimi Xocalı hava limanının açılması üçün Azərbaycana təzyiqlər edilməsini istəyir.

Təbii ki, bu ermənilərin növbəti həyasızlığı və avantürasıdır. Lakin, istənilən halda bu Azərbaycana qarşı başlanılan növbəti böhtan kampaniyadır. Üstəlik, bu ideya “Hayastan” fondu tərəfindən ortaya atılıbsa bunun konkret hədəfləri var. 

Bildiyimiz kimi “Hayastan” fondu dünya ermənilərinin ən böyük təşkilatıdır. Qarabağdakı separatçı qurumun illik xərclərinin 60 faizdən yuxarı hissəsini bu fond ödəyir. Eləcə də, Ermənistanın dövlət büdcəsində bu fondun ayırmalarının xüsusi payı var. Ən əsası fondun maliyyəçiləri və Himayədarlar Şurasının üzvləri Fransa, ABŞ və digər ölkələrdə yaşayan erməni milyonçuları və siyasət adamlarıdır. Ona görə də “Hayastan”ın bu bəyanatı konkret hədəflər güdür.

Bəs, bu hədəflər hansılardır?

Birincisi, bu bəyanatla ermənilər dekabr ayının 12-dən Şuşa-Xankəndi yolunda soydaşlarımızın keçirdiyi dinc aksiyaya kölgə salmaq məqsədi güdür. Guya ki, azərbaycanlılar aksiya yox, blokada siyasəti aparırlar.

İkincisi, Beynəlxalq aləmi inandırmaq istəyirlər ki, Qarabağdakı ermənilər ciddi humanitar təhlükə ilə üz-üzə qalıb. Çünki, hazırda Qrabağda 25-30 min erməni var. Amma haylar iddia edirlər ki, burdakı ermənilərin sayı 120 mindir. Və onlar bu bəyanatdan sonrakı kampaniya ilə ermənilərin kütləvi şəkildə Qarabağdan qaçdığını söyləyəcəklər. Çünki, Qarabağdakı real əhali sayını heç də uzun müddət gizlətmək mümkün deyi.

Üçüncüsü, ermənilər uzun müddətdir ki, bağlı qalan Xocalı hava limanının fəaliyyətə başlamasına nail olmağa çalışırlar. İndiki vəziyyətdə Xocalı hava limanı istifadəyə verilsə, o zaman təkcə Ermənistandan deyil, dünyanın istənilən ölkəsindən Xankəndinə silah-sursat daşımaq imkanı yaranacaq. 

Dördüncüsü, “Hayastan” bu addımı ilə fonda daha çox vəsait toplamaq məqsədi güdür. Artıq təkcə ermənilər deyil, digər ermənipərəst xalqların nümayəndələri də “zavallı” ermənilərə yardım etmək zorunda qalacaqlar.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO