“Bununla yanaşı, bizi günahlandırırlar ki, guya biz Sovet İttifaqını yenidən bərpa etmək planları hazırlayırıq".
"Bu, belə deyil. Moskva müxtəlif sahələrdə mövcud ənənəvi əlaqələrə əsaslanaraq bütün postsovet ölkələri ilə bərabər və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarı kimi ardıcıl çıxış edir”.
MÖVZU İLƏ BAĞLI:
"Aİ postsovet dövlətlərinin daxili işlərinə qarışmamaq barədə Rusiya ilə razılığa gəlməlidir" - Lavrov
Bizim.Media-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a müsahibəsində deyib.
“Əminik ki, MDB-dən olan tərəfdaşlarımız xaricdən gələn çağırış və təhdidləri aydın şəkildə başa düşürlər. Ümid edirik ki, dostlarımız onların qarşısında duran siyasi və sosial-iqtisadi vəzifələri konstruktiv şəkildə həll edə biləcəklər”, - deyə rusiyalı diplomat vurğulayıb.
Bizim.Media