Paşinyanın mətbuat konfransına radikal jurnalistlər dəvət olunmayıb

Paşinyanın mətbuat konfransına radikal jurnalistlər dəvət olunmayıb

Hazırda oxunan: Paşinyanın mətbuat konfransına radikal jurnalistlər dəvət olunmayıb

113941

“Nikol Paşinyan bu gün mətbuat konfransı keçirəcək. Tədbirdə Nazirlər Kabinetinin keçmiş idarə rəisi, hazırda Paşinyanın administrasiya rəhbərinin müavini, feyk xəbərlər yaymaqla ad qazanan Taron Çaxoyanın seçdiyi media iştirak edəcək”.

Bizim.Media xəbər verir ki, bu barədə “İravunk” qəzeti yazıb.

Mənbə qeyd edir ki, Paşinyan ilk dəfə olaraq Qarabağdakı 44 günlük müharibədən sonra media nümayəndələrinin suallarını İctimai Televiziya vasitəsilə distant deyil, birbaşa onların gözlərinə baxaraq cavablandıracaq:
“Əslində bu, gözə kül üfürməkdir. Belə ki, radikal müxalif mövqedə olan bir sıra KİV-lər dəvət olunan media qurumları siyahısından çıxarılıb. O cümlədən, müxtəlif vaxtlarda Nikol Paşinyana xoşagəlməz suallar verməklə seçilən jurnalistlər də dəvət olunmayıb. Bütün bunların səbəbini isə öyrənmək mümkün olmayıb.

Yeri gəlmişkən, bütün “mətbuat konfransı”nın təşkili prosesi gizli təşkil olunub. Bununla bağlı nə hökumətin bəyanatı, nə press-reliz, nə də Paşinyanın sosial şəbəkədə paylaşımı yoxdur. Yalnız bəzi media nümayəndələrinə zəng edərək dəvət etdiklərini deyiblər.

Bununla belə, Paşinyanın mətbuat konfransında “tok-şoular” təqdim edən onlarla media orqanı iştirak edəcək.

Oxucularımız xatırlayır ki, vaxtilə medianın birgə boykotu elanı olmuşdu, amma indi vəziyyət dəyişib. Müxalif deputatlar parlamentə, bəzi jurnalistlər isə Paşinyanın tərəfinə keçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO