SSRİ-nin keçmiş naziri çamadan pulla Xocalıdan helikopterlə neçə qaçıb? – AKSİYA EFFEKT VERDİ 

SSRİ-nin keçmiş naziri çamadan pulla Xocalıdan helikopterlə neçə qaçıb? – AKSİYA EFFEKT VERDİ 

Hazırda oxunan: SSRİ-nin keçmiş naziri çamadan pulla Xocalıdan helikopterlə neçə qaçıb? – AKSİYA EFFEKT VERDİ 

113849

Bir gün əvvəl, yanvarın 8-də separatçıların “dövlət naziri” Ruben Vardanyan növbəti müraciətində bəzi varlı ermənilərin Xankəndidən qaçmasından şikayətlənib:

“Mənim üçün qəbuledilməz bir vəziyyətlə qarşılaşdım. Belə ki, varlı bir ailə öz əlaqələrindən istifadə edərək tətilə çıxıb və bu, Qarabağda böyük əks-səda doğurub”.

Bizim.Media xəbər verir ki, caliber.az-ın redaksiyası Vardanyanın kimləri nəzərdə tutduğunu öyrənə bilib.

Məlumatlı mənbələrin verdiyi informasiyaya görə, “dövlət naziri” Qriqori Arkadyeviç Qabrielyantsın ailəsini nəzərdə tutub.

1934-cü ildə Bakıda anadan olan Qabrielyants sovet geoloqudur. O, 1989-1991-ci illərdə SSRİ-nin geologiya naziri olub.

Bir neçə gün əvvəl rus sülhməramlıları Azərbaycan tərəfinə Qabrielyantsın Xankəndidən “tibbi” təxliyəsinin tələb olunduğunu bildiriblər. Müraciətdə qeyd olunub ki, 88 yaşlı keçmiş nazirlə birlikdə sülhməramlıların helikopterində koronavirusa yoluxmuş iki rusiyalı əsgər də olacaq.

Qarabağdakı mənbədən bildiriblər ki, Qabrielyants hava limanının terminalına öz ayaqları ilə daxil olub və sülhməramlıların "tibbi evakuasiya" xəbərinə baxmayaraq sağlam görünüb.

Həyat yoldaşı da onu müşayiət edib. Keçmiş nazirin əlində pulla dolu olan qara diplomat olub.

Belə çıxır ki, sülhməramlıların köməyi ilə keçmiş yüksək rütbəli sovet məmuru üçün “VİP tur”, daha dəqiq desək, Xankəndidən Erebuniyə, Rusiya ordusunun hərbi bazasına qaçış təşkil olunub.
Eyni zamanda yuxarıda adı çəkilən “iki xəstə əsgər” Xocalı aeroportunda görünməyib.
İmkanlı Qarabağ erməniləri öz əlaqələrindən istifadə edərək cinayətkar Vardanyan-Arutyunyan duetinin hakimiyyətindən qaçırlarsa, qoy qaçsınlar. Buna sadəcə göz yummaq lazımdır.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO