““Artsax” ləğv olunur, müharibə davam edir...” – Armen Aşotyan 

““Artsax” ləğv olunur, müharibə davam edir...” – Armen Aşotyan 

Hazırda oxunan: ““Artsax” ləğv olunur, müharibə davam edir...” – Armen Aşotyan 

11298

 “Azərbaycan addımbaaddım Dağlıq Qarabağın statusunu öz xeyrinə həll edir”

Bizim.Media “panorama.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın Respublika Partiyasının sədr müavini Armen Aşotyan özünün “Facebook” səhifəsində bölüşüb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakının icazəsi olmadan Xankəndiyə heç kəs daxil ola bilməz - Erməni KİV


Erməni partiya mənsubunun narahatçılıq dolu yazısında deyilir ki, “biabırçı kapitulyasiyadan sonra ən ciddi təhlükələr Ermənistan dövlətçiliyinin ləğv olunması, təhlükəsizlik çağırışları, iqtisadi kollaps (böhranla müəyyən strukturların dağılması) və ərazi itkiləridir. 

Armen Aşotyan bütün bunları sadalasa da, onu ən çox narahat edən məsələnin “Artsax”ın statusu olduğunu qeyd edib.

Əlavə edib ki, qondarma rejimin statusu ilə bağlı məsələ 9 noyabr (10 noyabr) razılaşmasında yer almayıb. 

“Hazırda beynəlxalq siyasi müstəvidə status məsələsinin müvəqqəti dondurulması ideyası irəliləməkdədir”.

Erməni siyasətçinin fikrincə, 44 günlük savaşdan sonra “Artsax” dondurulmuş münaqişədən, dondurulmuş statusa çevrilir.

Uydurma erməni tarixi və işğalçı siyasətinin bir hissəsi olan Armen iddia edir ki, əslində Dağlıq Qarabağın statusu heç dondurulmuş da deyil, çünki Azərbaycan məsələni öz xeyrinə dəyişməkdədir. 

Aşotyan sübut kimi, qondarma rejimin “müdafiə ordusu”nun ləğv olunması, Ermənistan rəsmiləri və xarici vətəndaşların Dağlıq Qarabağa Azərbaycanın icazəsi omadan girişinə qadağa ilə bağlı son günlər yayılan xəbərləri göstərib. 

Onun sözlərinə görə, müharibə Ermənistanın hər hansı bir müqaviməti olmadan davam edir. İnsanlar isə İrəvanın xarici siyasətindən xəbərsizdir. 

“Çünki Paşinyan kimi əclaflar ölkə daxilində ikinci cəbhə yaradıb. Bu yolla camaatın başın qatır. Nə vaxtacan Ermənistan daxilindəki türklərə səbr edəcəyik? Belə getsə, daxili türklərlə xarici türklər İrəvanın Respublika Meydanında görüşəcək”, - deyə Armen Aşotyan fikrini tamamlayıb. 

Anar Rəhimov, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO