Paşinyan Arutyunyanı təcili İrəvana çağırdı

Paşinyan Arutyunyanı təcili İrəvana çağırdı

Hazırda oxunan: Paşinyan Arutyunyanı təcili İrəvana çağırdı

11297

Ermənistanın Baş naziri Nikol Paşinyan və qondarma rejimin “başçısı” Arayik Arutyunyan İrəvan şəhərində bölgədəki böyük infrastruktur proqramlarının icrası ilə bağlı görüş keçiriblər.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Arutyunyanın prezidentliyi “müstəqil Arsax” adlanan bir komediyanın son aktı idi” - Karabekyan


Baş nazirin mətbuat katibi Mane Gevorgyanın Facebook səhifəsində bildirdiyi kimi, iclasda Ermənistanın bir sıra hökumət strukturlarının rəhbərləri iştirak edib.

Tərəflər qarşıdakı proqramları, maliyyəni və bu layihələrin həyata keçirilməsi üçün gələcək addımları müəyyənləşdiriblər.

Xatırladaq ki, 6 fevralda Dağlıq Qarabağ üzrə üçtərəfli alt qrup dəmir yolu, avtomobil yolu və yüklərin daşınması ilə bağlı distant görüş keçirib. 

Rusiya, Azərbaycan və Ermənistanın nümayəndələri dəmir yollarının vəziyyətini, həmçinin Dağlıq Qarabağ ətrafındakı zonada avtomobil yollarının imkanlarını müzakirə ediblər.

Tərəflər bu məsələlər barədə fikir mübadiləsi aparıblar. 

Ekspert alt qrupu Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO