Türk xalqı Qars vilayətinin Sarıqamış rayonunda keçiriləcək Sarıqamış şəhidlərinin anım mərasiminə müxtəlif formalarda hazırlaşır.
Bizim.Media xəbər verir ki, Türkiyə Gənclər və İdman Nazirliyi ölkə gənclərinin nümayəndələrini Türkiyənin məşhur “Şərq Ekspres” (Doğu Ekspres) sərnişin qatarı ilə yanvarın 9-da keçirilməsi planlaşdırılan anım mərasiminə aparacaq.
Bu barədə nazir Mehmet Muharrem Kasapoğlu sosial şəbəkə hesabında paylaşım edib.
Ankara-Qars marşrutu ilə hərəkət edəcək qatar İrmak, Kayseri, Sivas, Divriği, Erzincan, Ərzurum stansiyalarını keçəcək. Məqsəd XX ərsin ən ağır insan fəlakətləri sırasında yer alan Sarıqamış faciəsinin acılarını yaddaşlara yazmaq, şəhidlərin ruhuna ehtiram göstərməkdır.
Xatırladaq ki, Osmanlı Ordusu Birinci Dünya müharibəsində - 1914-cü il dekabrın 22-dən 1915-ci il yanvarın 6-dək davam edən Sarıqamış əməliyyatı zamanı mürəkkəb hava şərtləri səbəbindən on minlərlə hərbçisini itirib.
Bu ağır fəlakət Osmanlı dövlətinin süqutuna əhəmiyyətli təsir göstərib.
Bizim.Media
- A-
- A
- A+
Region
16:36 / 03.01.2023
Türk xalqı Sarıqamış şəhidlərinin ANIM MƏRASİMİNƏ hazırlaşır
Hazırda oxunan: Türk xalqı Sarıqamış şəhidlərinin ANIM MƏRASİMİNƏ hazırlaşır
Hazırda oxunan: Türk xalqı Sarıqamış şəhidlərinin ANIM MƏRASİMİNƏ hazırlaşır
112939
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.