İranlı ekspertlər qonşuluq münasibətlərinə xələl gətirir - POLİTOLOQ

İranlı ekspertlər qonşuluq münasibətlərinə xələl gətirir - POLİTOLOQ

Hazırda oxunan: İranlı ekspertlər qonşuluq münasibətlərinə xələl gətirir - POLİTOLOQ

112906

İran və bu ölkənin özünü ekspert adlandıran bəzi şəxsləri Azərbaycana qarşı qərəzli çıxışlar etməkdə davam edirlər.

Son olaraq İranın “Sabah” telekanalında siyasi ekspert qismində iştirak edən farsyönlü ermənipərəst şəxs Azərbaycanın Laçın rayonunu “Ermənistan torpağı” kimi qələmə verib. Aparıcının ona etirazı da “ekspert”i fikrindən döndərməyib və öz sərsəm fikirlərini davam etdirib.

Bizim.Media-ya açıqlamasında politoloq Nəsimi Məmmədli İrandakı bəzi “ekspert”lərin bu sayaq sərsəm açıqlamalarını savadsızlıq, qərəz və qonşuluq münasibətlərinə xələl gətirən yanaşma kimi xarakterizə etdi:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan-İran münasibətləri 2022-ci ildə - Nələrlə YADDA QALDI? 


“Əslində cənub ölkəsindən olan bu tipli ekspertlərin həmin açıqlamaları İran dövlətinin rəsmi siyasətinə yaxın bir yanaşmadır. Onlar davamlı olaraq Ermənistanı himayə edən, onun maraqlarına öz maraqları kimi baxan xarici siyasət kursu yürüdürlər.

Bu fonda İran rejiminə yaxın ekspertlər də çalışır ki, fikirləri məhz həmin istiqamətdə formalaşdırsınlar. Əlbəttə ki, iranlı ekspertlərin bu sayaq açıqlamaları cəfəngiyatdır. Azərbaycanın rəsmi şəkildə təsbiq olunmuş ərazisinə daxil olan bölgəni başqa bir ölkənin ərazisi kimi qələmə vermək, həm savadsızlıq, həm qərəz, həm də qonşuluq münasibətlərinə xələl gətirən yanaşmadır və qəbuledilməzdir.

Bu əslində elə İranın öz dövlət maraqlarına zidd yanaşmadır. Bundan Azərbaycan heç bir zərər çəkmir. Ermənilər uzun illərdir iddia edir ki, Qars, İğdır, Qarabağ, Naxçıvan da guya onların torpağıdır. Bununla heç nə dəyişməyib. Həmin erməni qafasında olan iranlının deməsi də heç nəyi dəyişə bilməz”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO