“Can Azərbaycan”la birgə təlimlərlə hərbi imkanlarımızı nəzərdən keçirdik” – Ərdoğan 

“Can Azərbaycan”la birgə təlimlərlə hərbi imkanlarımızı nəzərdən keçirdik” – Ərdoğan 

Hazırda oxunan: “Can Azərbaycan”la birgə təlimlərlə hərbi imkanlarımızı nəzərdən keçirdik” – Ərdoğan 

112635

“Can Azərbaycan”la birgə 12 təlim gerçəkləşdirərək hərbi imkanlarımızı nəzərdən keçirdik”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilin yekunları ilə bağlı rəsmi “Twitter” hesabında qeyd edib.

“Qara dənizdə və Azərbaycanda milli texnologiya hərəkatımızın lokomotivi olan "Teknofest"i keçirdik. 18,1 milyard türk lirəsi sərmayəsi ilə yüksək əlavə dəyərə malik 100 layihəyə dəstək verdik”, - deyə dövlət başçısı qeyd edib.
Türkiyəyə göstərilən xidmətlərlə bağlı paylaşımlar edən dövlət başçısı polis, jandarm, milli kəşfiyyat və digər qurumların əməkdaşlarının çevikliyi ilə 46-sı xaricdə olan 85 yüksək səviyyəli terrorçunun zərərsizləşdirildiyini diqqətə çatdırıb:

“Türkiyə polisi və jandarmı birlikdə terror təşkilatı PKK-ya qarşı 132 min 396 əməliyyat keçirib. Ərdoğan qeyd edib ki, narkotiklərlə mübarizə məqsədilə 241 min əməliyyat keçirilib, 26 min nəfər saxlanılıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO