Zaxarovadan Armen Qriqoryana sərt CAVAB

Zaxarovadan Armen Qriqoryana sərt CAVAB

Hazırda oxunan: Zaxarovadan Armen Qriqoryana sərt CAVAB

112288

"Moskvanın Ermənistanın ittifaq dövlətinə qoşulması və öz ərazisindən Azərbaycana dəhliz verməsi üçün təzyiqlər etməsi barədə deyilən fikirlər "feyk"dir".

Bizim.Media xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib.

O, bu iddiaları səsləndirən Ermənistan dövlət rəsmilərinin inandırıcı sübutlar göstərməsini istəyib:

“Əgər onlar konkret ölkə ilə bağlı belə açıqlamalar verirlərsə, faktları da göstərməlidirlər. Onda biz Prezidentin mətbuat katibi Dmitri Peskovun bununla bağlı dediklərinə nələrisə əlavə edə bilərik”.
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan İctimai Televiziyasına müsahibəsində Ermənistanın Rusiya-Belarus ittifaq dövlətinə qoşulması və öz ərazisindən Azərbaycana dəhliz verməsi üçün Moskvanın İrəvana müxtəlif vasitələrlə təzyiq etdiyini bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO