“Arutyunyanın prezidentliyi “müstəqil Arsax” adlanan bir komediyanın son aktı idi” - Karabekyan

“Arutyunyanın prezidentliyi “müstəqil Arsax” adlanan bir komediyanın son aktı idi” - Karabekyan

Hazırda oxunan: “Arutyunyanın prezidentliyi “müstəqil Arsax” adlanan bir komediyanın son aktı idi” - Karabekyan

11201

Xankəndidən olan politoloq, müəllim David Karabekyan hesab edir ki, bu gün ermənilərin bir millət olaraq xilası yalnız Paşinyanın istefası və Arutyunyanın impiçmenti ilə mümkündür. 

Bizim.Media xəbər verir ki, bu barədə o, Facebook səhifəsində yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Generalların üstünə qışqıran Akopyanı və onun oğlunu Qarabağda 30 zabit qoruyub - Qabrelyanov


Öz mövqeyini belə izah edən Karabekyan Qarabağın özünəməxsusluğunu qeyd edir: bu, müharibə nəticəsində təslim olan, lideri və “müdafiə naziri” rəsmi vəzifələrini yerinə yetirməyə davam edən yeganə “dövlətdir”.

Politoloq hesab edir ki, bu fenomenin səbəblərini yaxın keçmişdə axtarmaq lazımdır.

Nə Ermənistanda, nə də Qarabağda 1992-1994-cü illərdəki Azərbaycan-Qarabağ müharibəsinin, 2016-cı il Aprel döyüşlərinin istintaqı aparılmadı.

Nəticədə insanlarımız öldü, əhalinin təhlükəsizliyi təmin olunmadı.

Onun sözlərinə görə, 3.8 milyard dollar dəyərində olan silah məhv edildi, “Qarabağ Müdafiə Ordusu” praktiki olaraq tərksilah edildi; bütün vacib yüksəkliklər, əkin sahələri, kiçik su elektrik stansiyaları və s. Azərbaycana təhvil verildi, ancaq "heç kim buna görə məsuliyyət daşımır”.

Ermənistanın baş naziri isə 2016-cı il dördgünlük müharibə ilə əlaqədar materialları aça biləcəyini təklif edərək siyasi müxalifəti açıq şəkildə şantaj edir. 

"Nikol Paşinyan bütün bu müddətdə Qarabağ və Ermənistanın ən yüksək hərbi-siyasi rəhbərliyini ləkələmək üçün kompromat materiallar hazırlayır” deyə politoloq bildirir.

O, hesab edir ki, söhbət təkcə kapitulyasiya ilə bağlı bəyanatın imzalanmasından getmir, nəticədə bir sıra kəndlər də Azərbaycana qaytarılır. 

Karabekyana görə, bu faktlar hər iki erməni “dövləti”nin (de-fakto və de-yure) rəhbərlərinin Konstitusiya quruluşunu, vətəndaşların əsas hüquq və azadlıqlarını qorumaqla bağlı verdikləri öhdəlikləri yerinə yetirmək iqtidarında olmadıqlarının birbaşa sübutudur. 

Politoloqun fikrincə, heç bir təşkilat bu şəxslərin xəyanəti haqda məhkəmə iddiası açmaq haqda iddia irəli sürmədi.

Karabekyan beynəlxalq ədalətə ümid bəslədiyini də gizlətməyib: “Öz xalqının soyqırımında iştirak edən bir çox diktatorların mühakimə olunmasının presedentləri var”.

O əmindir ki, yalnız Nikol Paşinyanın istefası və Arayik Arutyunyanın impiçmenti milləti millət kimi daha çətin vəziyyətdən qurtaracaq və gələcəyə ümid verəcək.

"Cəzasızlıq getdikcə daha ağır cinayətlərin zəncirvari reaksiyasına, korrupsiyaya, məsuliyyətsizliyə və Ermənistan cəmiyyətinin mənəvi deqradasiyasına səbəb oldu" deyə politoloq sona çatdırır. 

Və belə bir sual verir: "Necə oldu ki, Paşinyanın adamları və Qarabağdakı tərəfdaşları birdən-birə eyni qayıqda tapıldılar və onların şeytan ayaqları hara dəydisə, itkilərimiz oldu”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO