Vardanyan azərbaycanlılarla “danışıqlar aparan” Balasanyanı İŞDƏN ÇIXARIR? – DETALLAR

Vardanyan azərbaycanlılarla “danışıqlar aparan” Balasanyanı İŞDƏN ÇIXARIR? – DETALLAR

Hazırda oxunan: Vardanyan azərbaycanlılarla “danışıqlar aparan” Balasanyanı İŞDƏN ÇIXARIR? – DETALLAR

111869

Özünü Xankəndidəki qeyri-qanuni birləşmənin “dövlət naziri” elan edən Ruben Vardanyanla “Dağlıq Qarabağ Təhlükəsizlik Şurasının” “katibi” Vitali Balasanyan arasında münasibətlər kifayət qədər gərgindir.

Balasanyanın “katib” postunu tərk edəcəyi də istisna edilmir. Onu Ermənistan ordusunun Qarabağdakı keçmiş komandanı Levon Mnatsakanyan əvəz edə bilər.

Bizim.Media xəbər verir ki, bu fikirlər “Hraparak” nəşrində yer alıb.

“Əgər əvvəllər Balasanyan ruslar və azərbaycanlılarla əsas danışıqlar aparan şəxs idisə, indi arxa plana keçir. Hətta dekabrın 25-də Xankəndidə keçirilən mitinqdə də iştirak etməyib.

O da diqqət çəkir ki, Arayik Arutyunyan da mitinqdə çıxış etməyib. Bu da Qarabağda tədricən hakimiyyət dəyişikliyinin başlanmasından xəbər verir. Mənbələrimiz bildirir ki, güzəştə getməyə hazır olanlara yeni Nazirlər Kabinetində yer verilməyəcək”, - deyə “Hraparak” yazıb. 
Yeri gəlmişkən, separatçıların keçmiş rəhbəri Bako Saakyan da kadr dəyişikliyində fəal iştirak edir və Vardanyanı dəstəkləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO