Paşinyan Sarkisyanın qohumunu nazir TƏYİN ETDİ

Paşinyan Sarkisyanın qohumunu nazir TƏYİN ETDİ

Hazırda oxunan: Paşinyan Sarkisyanın qohumunu nazir TƏYİN ETDİ

111747

Nikol Paşinyan yeni ədliyyə naziri təyin edib. Bu, Ermənistanın eks-prezidenti Serj Sarkisyanın kürəkəni Mikayel Minasyanın qardaşı Qriqor Minasyandır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya erməni mətbuatında yer alıb.

Mənbə xatırladır ki, Mikayel Minasyan Ermənistanın Vatikandakı keçmiş səfiridir və irimiqyaslı korrupsiyaya görə beynəlxalq axtarışa verilib.
Ermənistanda hələ də Daxili İşlər Nazirliyinin yaradılmadığını nəzərə alsaq, xaricdə cinayətkarların axtarışı Ədliyyə Nazirliyinə həvalə edilib.

Maraqlıdır, indi qardaşının nəzarətində olan qurum onu axtaracaqsa, Minasyanın saxlanması və ekstradisiyası prosesi necə baş verəcək?

Ümumiyyətlə, Minasyan ailəsi öz siyasi baxışlarını lazımi anda dəyişmək üçün heyrətamiz bacarığı ilə seçilir. Məsələn, rüsvay olmuş keçmiş səfir Mikayel Minasyan qayınatası Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyasının ən tanınmış simalarından biri hesab edilir. Bununla yanaşı o, Nikol Paşinyanın yaxın adamları ilə sıx əlaqədə olub.

Xatırladaq ki, 2020-ci il aprelin 29-da  Nikol Paşinyanın mətbuat katibi Mane Gevorgyan bildirmişdi ki, Serj Sarkisyanın kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan Zəngəzur Mis-Molibden Kombinatındakı səhmləri qanunsuz olaraq alıb. MTX-nin keçmiş rəhbəri Artur Vanetsyan isə öz bəyanatında Paşinyanın Kombinatın və digər müəssisələrin səhmlərinin yenidən bölüşdürülməsi ilə birbaşa əlaqəsi olduğunu və hər şeyin onun iştirakı ilə baş verdiyini bildirib.

Öz növbəsində, Mikael Minasyan 2020-ci il mayın 2-də Ermənistanın hazırkı hakimiyyətinə səslənərək ona qarşı siyasi fəaliyyəti dayandırmağı, atasının və dostlarının cinayət təqibinə son qoymağı açıqlayıb. 
Qeyd edək ki, 2020-ci il mayın 6-da İrəvan məhkəməsi Ermənistandan kənarda olan Minasyan barəsində qiyabi həbs qərarı çıxarıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO