Vardanyan Azərbaycana qarşı mübarizə yolunu seçdi - CAVABI MÜTLƏQ VERİLƏCƏK

Vardanyan Azərbaycana qarşı mübarizə yolunu seçdi - CAVABI MÜTLƏQ VERİLƏCƏK

Hazırda oxunan: Vardanyan Azərbaycana qarşı mübarizə yolunu seçdi - CAVABI MÜTLƏQ VERİLƏCƏK

111569

Hazırda Qarabağda erməniləri zorla mitinqə çağıran və Rusiya vətəndaşlığından çıxarılan iş adamı Ruben Vardanyan qondarma rejimin seçə biləcəyi üç variantı sadalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Armenia Today” Telegram kanalında yerləşdirilib.

Onun sözlərinə görə, birinci yol Azərbaycanla inteqrasiya yoludur.

“İkinci yol “Arsax”dan (Azərbaycanın qədim Qarabağ torpağı) getmək, üçüncü yol isə qalıb mübarizə aparmaqdır. Mən sentyabrın 12-də seçimimi etdim, buradayam, döyüşürəm və buradan getməyəcəyəm” deyə qondarma “dövlət naziri” bu gün Xankəndi şəhərində keçirilən mitinqdə belə deyib.
O, Azərbaycanın tələblərinə əməl etməyəcəyini və bütün biliklərini, əlaqələrini, əldə etdiyi hər şeyi rejimin “müstəqilliyi”nə nail olmağa yönəldəcəyini vurğulayıb.

Yeri gəlmişkən, Vardanyanın Xankəndidə keçirdiyi mitinq rəsmi İrəvan tərəfindən dəstəklənmir. Hətta bu barədə Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan öz Facebook səhifəsində paylaşım edib. O, uşaqların zorla mitinqə gətirildiyini xüsusi vurğulayıb.

Xatırladaq ki, Qarabağ torpağımızda gəzən, havamızı udan erməni ünsürlərin Azərbaycana qarşı döyüşdüklərini və 2020-ci ilin noyabrında biabırcasına məğlub olduqlarını bütün dünya ictimaiyyəti yaxşı bilir. 
Errmənilər və onların havadarları unutmasınlar ki, Vardanyan, Arutyunyan, Sarkisyan və Köçəryan kimi revanşist qüvvələrin cavabı mütləq veriləcək.  Bunun nə vaxt veriləcəyini isə rəsmi Bakı yaxşı bilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO