Gürcüstan patriarxının istefası barədə məlumat yayıldı

Gürcüstan patriarxının istefası barədə məlumat yayıldı

Hazırda oxunan: Gürcüstan patriarxının istefası barədə məlumat yayıldı

11146

Gürcüstanın Dini Ekspertlər Assosiasiyası katalikos-patriarx II İlyanın istefaya göndəriləcəyi barədə məlumat yayıb.

Bizim.Media xəbər verir ki, təşkilatdan məsələnin Müqəddəs Sinodun fevralın 11-də keçiriləcək toplantısında müzakirə olunacağı bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Tiflisdə insanlar küçələrə axışdı – VİDEO


Assosiasiya iddia edir ki, iclasda II İlyanın müəyyən kompromislər və ya şantaj yolu ilə taxt-tacdan uzaqlaşdırılması planlaşdırılıb.

Gürcüstan patriarxlığının İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Andria Caqmaidze yayılan məlumatlara münasibət bildirib.

O, jurnalistlərdən bu cür fantaziyalarla bağlı sual verməməyi xahiş edib.

Qeyd edək ki, Müqəddəs Sinodun iclası II İlyanın göstərişi ilə çağırılıb. Toplantıda müzakirə olunacaq məsələlər barədə məlumat verilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO