İran məhkəməsi Lüksemburq vətəndaşı barəsində edam hökmü çıxarıb.
Bizim.Media “İran İnternational”a istinadən xəbər verir ki, bu barədə Lüksemburqun Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Nazirlik bu hökmü sərt şəkildə qınayaraq Avropa Birliyinin İrandakı etiraz aksiyalarına dəstək səylərini alqışlayıb.
Məlumata görə, ölkənin xarici işlər naziri Jan Asselborn məsələni iranlı həmkarı Hüseyn Əmir Abdullahianla müzakirə edib.
Bildirilib ki, son etiraz aksiyaları zamanı Avropa İtifaqı ölkələrinin vətəndaşı İranda həbs edilib. İttifaqın açıqlamasına əsasən, bu həbslərdə rəsmi Tehranın məqsədi Qərb ölkələri ilə siyasi sövdələşmə aparmaqdır. Məlumata görə, İranda həbsdə olan belçikalı humanitar sahənin əməkdaşı Olivier Vandekastel isə 28 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, son bir ayda İranda 76 nəfərin edam olunduğuna dair məlumat yayılıb.
Bizim.Media
- A-
- A
- A+
Region
23:01 / 23.12.2022
İranda Lüksemburq vətəndaşına EDAM HÖKMÜ verildi
Hazırda oxunan: İranda Lüksemburq vətəndaşına EDAM HÖKMÜ verildi
Hazırda oxunan: İranda Lüksemburq vətəndaşına EDAM HÖKMÜ verildi
111345
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.