Nazirlərin Moskvadakı görüşünü Ermənistan təxirə salıb – İrəvan etiraf etdi

Nazirlərin Moskvadakı görüşünü Ermənistan təxirə salıb – İrəvan etiraf etdi

Hazırda oxunan: Nazirlərin Moskvadakı görüşünü Ermənistan təxirə salıb – İrəvan etiraf etdi

111071

Dekabrın 23-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü nəzərdə tutulmuşdu, lakin erməni tərəfi görüşün təxirə salınmasını xahiş edib, çünki hazırda Ermənistan xarici işlər nazirinin vəzifəsi yaranmış problemləri - Qarabağdakı humanitar böhranı və Laçın yolunun rahat şəkildə yenidən işə salınmasını həll etməkdir.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan “Armenpress”ə açıqlamasında danışıb.

O, jurnalistin “Dekabrın 23-də Moskvada sülh müqaviləsi üzrə danışıqlar çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi barədə məlumat doğrudurmu?” sualına belə cavab verib:
“Ermənistan tərəfi təxminən 2 həftə əvvəl Moskvada keçiriləcək görüşdə iştirak etməyə hazır olduğunu Laçın yolundakı vəziyyətdən əvvəl təsdiqləyib.

Aydındır ki, hazırda xarici işlər naziri Ararat Mirzoyanın işinin vəzifəsi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannaməyə uyğun olaraq Laçın yolunun rahat şəkildə yenidən işə salınması və yaranan problemlərin həllindən ibarətdir.

Qarabağda humanitar böhrana görə erməni tərəfi Moskvada planlaşdırılan görüşün vaxtının dəyişdirilməsini xahiş edib.

Eyni zamanda, nəzərinizə çatdırırıq ki, Ermənistan tərəfi Azərbaycanla münasibətlərin normallaşdırılması prosesində konstruktivliyinin əlaməti olaraq sülh sazişinin sənədi ilə bağlı yeni təkliflərini Azərbaycana təqdim edib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO