“Regionun filiz yataqlarının işlənilməsi ilə bağlı məsələdə fikir ayrılıqlarının nizamlanması vacibdir”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi və sülhməramlı kontingentin komandanlığı vəziyyətin de-eskalasiyası üzərində işləməyi davam etdirir:
“Onların səyləri sayəsində dekabrın 16-da qazın verilməsi bərpa olunub. Təcili tibbi yardım maşınları daxil olmaqla, humanitar təyinatlı avtonəqliyyatın hərəkəti bərpa olunub.
Vəziyyətin yaxın vaxtlarda həllinə ümid edirik. Tərəfləri üçtərəfli bəyanatlara müvafiq olaraq, öz üzərlərinə götürdükləri öhdəliklərə ciddi riayət etməyə çağırırıq”.
Zaxarova Laçın dəhlizində vəziyyətlə bağlı bundan əvvəl mövqe bildirdiklərini qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
15:24 / 22.12.2022
\"Laçın yolunda humanitar maşınlar hərəkət edir\" - Rusiya XİN
Hazırda oxunan: \"Laçın yolunda humanitar maşınlar hərəkət edir\" - Rusiya XİN
Hazırda oxunan: \"Laçın yolunda humanitar maşınlar hərəkət edir\" - Rusiya XİN
111059
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.