Evsiz qalmış ermənilərə yeni qəsəbə salınır – XOCALIDA 

Evsiz qalmış ermənilərə yeni qəsəbə salınır – XOCALIDA 

Hazırda oxunan: Evsiz qalmış ermənilərə yeni qəsəbə salınır – XOCALIDA 

11064

Ermənilər Xocalıda 2 min nəfərlik yeni qəsəbə salacaqlar.

Belə bir plan barədə Qarabağdakı qondarma separatçı rejimin tör-töküntülərinin rəhbərinin xüsusi məsələlər üzrə nümayəndəsi Boris Avakyan söyləyib.

O, evsiz qalmış ermənilər üçün yeni qəsəbə tikintisi haqda danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə Xankəndindəki separatçı erməni nəşrləri məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

«Ermənilər qəbirləri ekskavatorla qazıb, qızıl axtarıblar» - Məşhur fotoqraf


Məlumata görə, xunta qalıqlarının oyuncaq başçısı Araik Arutyunyanın da razılığıyla 2 min nəfərlik yeni qəsəbənin layihəsi bəyənlilib.

Separatçı rejimin qanunsuz "ərazi idarəetmə naziri” sayılan Ayk Xanumyan isə qəsəbənin Xocalı rayonunun "Noraqyux” adlandırılmış Təzəbinə kəndi yaxınlığında ayrılmış 10 hektar ərazidə tikilməsini təklif edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO