Dekabrın 17-də Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə iştirak edən hərbi birləşmələrin birgə qərargahına baş çəkib.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Putin bütün günü hərbçilərlə keçirib, qərargahın işi ilə tanış olub, “Xüsusi hərbi əməliyyat”ın fəaliyyəti ilə bağlı hesabatı dinləyib, həmçinin komandirlərlə birgə və ayrı-ayrılıqda görüşlər keçirib.
Görüşlərdə müdafiə naziri Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov və “xüsusi əməliyyat”ın rəhbəri Sergey Surovikin də iştirak edib.
Kremldən bildirilib ki, bu, Putinin müharibə başlayandan bəri qoşunların birləşmiş qərargahına ilk məlum səfəridir. Bundan əvvəl Rusiya Federasiyasının prezidenti hərbi əməliyyata rəhbərlikdə güclü iştirak etdiyini açıq şəkildə nümayiş etdirməyib.
Belə ki, o, müdafiə nazirinin hesabatlarını dinləyib, konkret əməliyyatlara aidiyyatı olmayan əmrlər verib.
Məsələn, işğaldan demək olar ki, dərhal sonra Putin Şoyqu və Gerasimova çəkindirmə qüvvələrini xüsusi hazırlıq rejiminə keçirməyi əmr edib və yayda Şoyqu ilə görüşü zamanı “Azovstal”a hücumu yersiz adlandırdı.
Qeyd edək ki, Kremlin yaydığı bu məlumat ötən həftənin sonunda Teleqram kanallarında yayılan Gerasimovun istefası ilə bağlı şayiələrin təkzibi kimi də qiymətləndirilə bilər.
Bizim.Media
- A-
- A
- A+
Region
20:58 / 17.12.2022
Putin Ukraynaya qarşı müharibəyə nəzarəti öz əlinə aldı – VİDEO
Hazırda oxunan: Putin Ukraynaya qarşı müharibəyə nəzarəti öz əlinə aldı – VİDEO
Hazırda oxunan: Putin Ukraynaya qarşı müharibəyə nəzarəti öz əlinə aldı – VİDEO
110199
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.