Xankəndiyə qazın verilməsi BƏRPA OLUNDU

Xankəndiyə qazın verilməsi BƏRPA OLUNDU

Hazırda oxunan: Xankəndiyə qazın verilməsi BƏRPA OLUNDU

109910

Xankəndiyə qazın verilməsi bərpa olunub.

Bizim.Media bu barədə Sputnik Ermənistan”a istinadən xəbər verir. 

Məlumat üçün qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan mətbuatında Azərbaycan tərəfinin guya Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə mavi yanacaq təchizatını dayandırması ilə bağlı məlumatlar yayılıb. 

“Azəriqaz” İB məsələ ilə bağlı bildirib ki, sözügedən məlumat həqiqəti əks etdirmir:

“Ermənistan mətbuatında növbəti dəfə təxribat xarakterli məlumatlar yayılmaqdadır. Bu dəfə yayılan dezinformasiyaya görə guya Azərbaycan tərəfi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə mavi yanacağın təchizatını dayandırıb. Şübhəsiz ki, bu, beynəlxalq ictimaiyyətin çaşdırılmasına və beynəlxalq ictimai rəyin səhv istiqamətə yönləndirilməsinə xidmət edir. 
“Azəriqaz” İB olaraq bəyan edirik ki, Azərbaycanın sözügedən məsələ ilə heç bir əlaqəsi yoxdur. Belə ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə inteqrasiya olunmayıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO