Ermənistanın İrandakı səfiri Arsen Avakyan Azərbaycanın irəli sürdüyü Zəngəzur dəhlizi ideyasından söz açaraq, bununla bağlı tərəflər arasında hər hansı sənədin imzalanmadığını iddia edib.
Bizim.Media xəbər verir ki, səfir bu barədə “Tasnim News”a verdiyi müsahibədə danışıb.
Onun sözlərinə görə, Ermənistan tərəfi dəfələrlə bəyan edib ki, heç bir ölkəyə öz ərazisində hər hansı marşrut verməyəcək.
Səfir həmçinin bölgənin son iki ildə və 44 günlük Qarabağ savaşından sonrakı xüsusi vəziyyətinə toxunaraq, bu mərhələni aşmaq üçün Tehran-İrəvan əməkdaşlığının vacibliyini vurğulayıb.
O, habelə iki ölkə arasında münasibətlərin son vəziyyəti, Cənubi Qafqaz regionunun vəziyyəti, Ermənistan, Azərbaycan və Türkiyə arasında sülh danışıqları prosesinə toxunub.
Bizim.Media
- A-
- A
- A+
Region
13:50 / 13.12.2022
Ermənistanın İrandakı səfiri: "İrəvan üçüncü ölkəyə marşrut verməyəcək"
Hazırda oxunan: Ermənistanın İrandakı səfiri: "İrəvan üçüncü ölkəyə marşrut verməyəcək"
Hazırda oxunan: Ermənistanın İrandakı səfiri: "İrəvan üçüncü ölkəyə marşrut verməyəcək"
109328
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.