Paşinyanın həyat yoldaşı ilə İrəvanda gəzməyi LAĞA QOYULDU: “Guya heç kimdən qorxmurlar”

Paşinyanın həyat yoldaşı ilə İrəvanda gəzməyi LAĞA QOYULDU: “Guya heç kimdən qorxmurlar”

Hazırda oxunan: Paşinyanın həyat yoldaşı ilə İrəvanda gəzməyi LAĞA QOYULDU: “Guya heç kimdən qorxmurlar”

109023

Anna Akopyan həyat yoldaşı Nikol Paşinyanla İrəvanın mərkəzi küçələrindən birində gəzib. Bununla bağlı çəkilən fotonu Facebook səhifəsində dərc edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “hraparak.am” saytında yer alıb.

Mənbə yazır ki, gəzintinin təhlükəsizliyini təmin etmək üçün küçəyə kənar şəxs buraxılmayıb, hər tərəfdə cangüdənlər gəzib, heç kimin qəfildən “demokrat baş nazir”ə və ya onun xanımına yaxınlaşmamasına diqqət yetirilib:

“Və bu yolla elə bir fon yaratmağa çalışırlar ki, hətta müharibədən sonra da onların qorxacaq heç bir şeyləri yoxdur, sərbəst şəkildə küçəyə çıxıb şəhəri gəzə bilirlər və heç kim onları  təhdid etməyəcək, hətta pis söz deməyəcək.
Baxmayaraq ki, bu yaxınlarda Yusya prospekti ilə hərəkətdə olarkən bir vətəndaş xain Paşinyanın arxasınca qışqırıb”.

Qeyd edək ki, bu gün səhər saatlarında Paşinyan həyat yoldaşı ilə kafedə kofe içib. Görüntülər internetdə yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO